Səudiyyə Ərəbistanı qadınları əsgər aparacaq

seudiyye-erebistani-qadinlari-esger-aparacaq
Oxunma sayı: 642

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında qadınların hərbi xidmət etməsi ilə bağlı qanun layihəsi hazırlanır.

“Əl-Ukaz” qəzetində dərc olunan xəbərdə krallıq rəhbərliyinin zərif cinsin nümayəndələrinin də hərbi xidmətə göndərilməsi istiqamətində iş apardığı bildirilib. Qəzetin xəbərinə görə, şahzadə Mitab ibn Abdullah qadınların ordu sıralarında xidməti ilə bağlı tezliklə yeni qurum yaradılacağını deyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökuməti ötən il qəbul etdiyi qərarla qadınların 2015-ci ildə keçiriləcək parlament seçkilərində səs vermək hüququ əldə etmələri ilə bağlı qanunda müvafiq düzəlişlər etmişdi.