Dünya Ərzaq Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF Yəməndə yaşanan insanlıq dramı ilə bağlı birgə bəyanat yayıblar.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hər üç təşkilat Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyaya çağırış edərək, Yəmənə humanitar yardımların girişinə mane olmamağı tələb ediblər.
Bəyanatdan vurğulanıb ki, bu ölkədə 7 milyondan çox insan aclıqdan əziyyət çəkir. Həmçinin, Yəməndəki vəziyyət “dünyanın hazırda gördüyü ən böyük humanitar böhran” olaraq adlandırılıb.
Qeyd edək ki, koalisiya qüvvələri Yəmənə hava, quru və dənizdən girişə qadağa qoyub.
2015-ci ildən davam edən işğal nəticəsində 10 mindən çox yəmənli öldürülüb, 3 milyondan çox insan isə evindən didərgin düşüb.