Səudiyyə Ərəbistanında etiraz aksiyaları başlayıb

seudiyye-erebistaninda-etiraz-aksiyalari-baslayib
Oxunma sayı: 641

Etirazçılar krallığın həbsxanalarında unudulan məhbusların azad olunması və islahatların keçirilməsini tələb edirlər. Etiraz aksiyası zamanı Səudiyyə Ərəbistanı kralının ölkədə şiə əhalisinin etirazlarını yatırılmasına istiqamətlənən hərəkətlərini pisləyən şuarlar səsləndirilib.

Etirazçılar kütləvi qətllərdə iştirak edən şəxslərin, o cümlədən şərq əyalətinin başçısı Məhəmməd ben-Fahda və Səudiyyə Ərəbistanının vəliəhdi Naif ben-Əbdul Əzizin mühakimə olunmasını tələb ediblər. Etiraz aksiyası zamanı Əş-Şarqi regionunda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən iki şiə həbs olunub. (salamnews)