Səudiyyə Ərəbistanında korrupsiya cinayətinin yeni təfərüatları məlum olub

seudiyye-erebistaninda-korrupsiya-cinayetinin-yeni-teferuatlari-melum-olub
Oxunma sayı: 2004

Səudiyyə Ərəbistanında korrupsiya cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılan şahzadə və məmurlar ətraflı dindiriliblər. 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə baş prokuror Səud əl-Mücib bildirib. 

 Şənbə günü noyabrın 4-də kralın fərmanı ilə yaradılan Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi 11 şahzadənin və 4 nazirin (ümumilikdə 40 nəfər) həbs edilməsinə dair qərar qəbul edib.

“Bu, korrupsiyanın kökünün kəsilməsi üzrə həyati mühüm prosesin başlanğıcıdır. Şübhəli şəxslər ədalət məhkəməsindən yayına bilməsinlər deyə saxlanılıblar. Dindirilmələr zamanı xeyli sübut toplanıb”, - deyə baş prokuror söyləyib.

 Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Xalid əl-Mheysan isə həbslərlə nəticələnən ilkin istintaqın üç il davam etdiyini bildirib.