Səudiyyə Ərəbistanında qadınlar təyyarə idarə edəcək

seudiyye-erebistaninda-qadinlar-teyyare-idare-edecek
Oxunma sayı: 1107

Səudiyyə Ərəbistanında 5 qadına sərnişin təyyarəsini idarə etmək icazəsi verilib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Mülki Aviasiya Baş İdarəsinin verdiyi lisenziya 5 qadına krallığın özəl aviaşirkətlərində işləməyə, o cümlədən sərnişin təyyarələrində pilotluq etməyə icazə verir. 

Xatırladaq ki, bir qədər əvvəl Səudiyyə Ərəbistanında tarixdə ilk dəfə qadınlara sürücülük hüququ verilmişdi.