Səudiyyə Ərəbistanında qum fırtınası həyatı iflic etdi - Video

seudiyye-erebistaninda-qum-firtinasi-heyati-iflic-etdi
Oxunma sayı: 1774

 Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda qum fırtınası baş verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, şəhərdə həyatı iflic edən fırtına qatı toz dumanı səbəbindən görüş məsafəsini azaldıb.

Bu səbəbdən nəqliyyatın hərəkəti dayanıb. Polis yola çıxanlara ehtiyatlı olmağı və tənəffüs problemləri olanlara çölə çıxmamağı məsləhət görüb.