Səudiyyə Ərəbistanından Bərzaniyə referendumla bağlı çağırış

seudiyye-erebistanindan-berzaniye-referendumla-bagli-cagiris
Oxunma sayı: 1887

Səudiyyə Ərəbistanının Körfəz İşləri üzrə naziri Samir Sebhan İraq Kürd Regional Hökumətinin rəhbəri Məsud Bərzaniyə referendum böhranının həll edilməsi üçün vasitəçilərin təkliflərini dəyərləndirməyə çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, S.Sebhan İraqın böhrandan xilas olması üçün vasitəçilərlə danışıqlar aparılmasının vacib olduğunu bildirib.

Ərəb nazir bu istiqamətdə BMT-ni vasitəçi olaraq təklif edib.

Qeyd edək ki, S.Sebhan 3 gün öncə Ərbildə Bərzani ilə görüşmüş və böhranın başa çatması üçün təkliflərini dilə gətirmişdi.