Səudiyyə hökuməti bu ölkənin zəvvarlarına maneə yaradır

seudiyye-hokumeti-bu-olkenin-zevvarlarina-manee-yaradir
Oxunma sayı: 1926

Səudiyyə Ərəbistanı hökuməti qətərli zəvvarların Ümrə və Həcc ziyarəti həyata keçirməsinə əngəl törədir.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə Qətər Cəmiyyətlər və İslami İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Qətərin paytaxtı Dohadan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedən yol bağlanılıb.

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi isə qətərlilərin Ümrə ziyarəti üçün Qətər Hava Yollarından başqa bir hava yolu şirkətinin uçuşlarını qəbul edəcəyini açıqlayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir rəhbərliklərinin 5 iyun 2017-ci ildə Qətərlə bütün diplomatik əlaqələri kəsmələri Körfəz regionunda böhrana yol açıb.