Səudiyyə kralı Kaşıkçının ailəsi ilə görüşüb

seudiyye-krali-kasikcinin-ailesi-ile-gorusub
Oxunma sayı: 3086

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl Saud qətlə yetirilən jurnalist Camal Kaşıkçının ailəsi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” yerli mətbuata istinadən məlumat yayıb. Görüşdə vəliəhd şahzadə Məhəmməd bin Salmanın da iştirak etdiyi qeyd edilir. 

Bundan bir qədər əvvəl isə kral baş verən cinayətlə bağlı açıqlama verib. Kral Salman bildirib ki, jurnalistin ölümündə əli olan şəxslər kimliyindən asılı olmayaraq cəzalandırılacaqlar:

“Öhdəliklərini yerinə yetirməyənlər hesab verəcəklər. Ölümündən məsul olanlar və vəzifəsini yerinə yetirməyənlər, kim olursa olsun cavab verəcək”.