Səudiyyə robota vətəndaşlıq verərək tarixə düşdü - Video

Səudiyyə robota vətəndaşlıq verərək tarixə düşdü
Oxunma sayı: 1299

Səudiyyə Ərəbistanı süni zəkaya sahib robota vətəndaşlıq verərək tarixə düşüb.

“Qafqazinfo” xəbər verir ki, insana ən çox bənzəyən robot olaraq tanınan Sofiyaya paytaxt Riyadda keçirilən “Gələcək İnvestisiya Təşəbbüsü” konfransında vətəndaşlıq təqdim edilib. 

Təqdimatda Sofiya da danışıb: “İnsanlarla yaşamaq və işləmək istəyirəm, bu səbəbdən insanları anlamaq və onlarla aramda güvən yarada bilmək üçün duyğularımı ifadə edə bilməliyəm”.

Robotların özlərinin fərqində olub-olmamaları ilə bağlı suala isə Sofiya “Yaxşı, bəs sizdən soruşum, insan olduğunuzu haradan bilirsiniz” cavabını verərək hər kəsi təəccübləndirib.

Robotların dünyanı əllərinə keçirib-keçirməyəcəkləri ilə bağlı suala isə “Elon Musku çox oxuyursunuz, ya da çoxlu Hollivud filmi izləyirsiniz. Narahat olmayın, əgər mənə qarşı yaxşı davransanız, mən də sizə yaxşı davranacağam” cavabını verərək salondakıları güldürə bilib. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi