Səudiyyə şahzadəsi vertolyot qəzasında öldü - Məmurlarla birgə

seudiyye-sahzadesi-vertolyot-qezasinda-oldu
Oxunma sayı: 6190

Səudiyyə Ərəbistanında vertolyot qəzaya düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident ötən gecə şahzadə ölkənin cənub-qərbinə etdiyi birgünlük səfərdən qayıdan zaman baş verib. 

Asir əyalətinin qubernatorunun müavini, şahzadə Mənsur bin Makrin də ölənlər arasında olub. Vertolyotun göyərtəsində ümumilikdə səkkiz yüksək vəzifəli məmur olub. Göyərtədə olan 8 nəfərin hamısı ölüb. Vertolyotun qalıqları Yəmən sahillərində tapılıb.

Ərəb mediası şahzadənin olduğu təyyarənin qəzaya düşməmişdən əvvəl çəkilən videosunu yayıb.