Səudiyyə şahzadəsi Xameneyini “Hitler” adlandırdı

seudiyye-sahzadesi-xameneyini-hitler-adlandirdi
Oxunma sayı: 1501

Səudiyyənin vəliəhdi Muhammed bin Salman İranın ali dini lideri Əli Xameneyini “Yaxın Şərqin yeni Hitleri” adlandırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə bildirib ki, İrandakı yeni Hitlerin Avropada baş verənləri Yaxın Şərqdə təkrarlamasına imkan verməyəcəyik. 

Xatırladaq ki, noyabrın 7-də vəliəhd Tehranı Yəməndəki üsyançıları raketlə təmin etməkdə ittiham etmişdi. Bundan üç gün əvvəl isə Yəməndən Ər-Riyad aeroportuna ballistik raket atılıb. Tehran isə hücumda iştirakını inkar edib.