Səudiyyə Yəməndə sivilləri vurdu - 14 ölü, 4 yaralı

seudiyye-yemende-sivilleri-vurdu
Oxunma sayı: 947

Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəmənin Taiz bölgəsinə hücum edib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, bir avtomobilin vurulması nəticəsində 14 sivil ölüb, 4-ü isə yaralanıb.

Qeyd edək ki, Yəmən 2015-ci ildən koalisiya qüvvələrinin blokadasındadır.