Səudiyyədə 36 illik qadağa ləğv edilir

seudiyyede-36-illik-qadaga-legv-edilir
Oxunma sayı: 2678

Son vaxtlar bir sıra islahatlara imza atan Səudiyyə Ərəbistanında daha bir qadağa aradan qaldırılır.

“Qafqazinfo” xəbər verir ki, 2018-ci ildən etibarən ölkədə 36 ildir qadağan edilən kinoteatrların fəaliyyəti bərpa ediləcək. Artıq ölkədə kinoteatrlara qısa müddətdə lisenziya verilməsi üçün göstəriş verilib.

Hökumət  2030-cu ildə Səudiyyədə 300-dən çox kinoteatrın olacağını proqnozlaşdırır və kino sektorunun ölkə iqtisadiyyatına 24 milyard dollar gəlir gətirəcəyi, 30 min iş fürsəti yaradacağı təxmin edilir. 

Qeyd edək ki, ötən aylarda “mülayim islama” keçidlə bağlı proqnozlar verən vəliəhd qadınların maşın idarə etmələrinə izn verib.