Səudiyyədən Qətərə çağırış - “Suriyaya qoşun yerit”

seudiyyeden-qetere-cagiris
Oxunma sayı: 1619

Qətər ABŞ-ın hərbi dəstəyini itirmək istəmirsə, Suriyaya qoşun göndərməlidir”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr söyləyib.

“Donald Tramp Qətəri müdafiə etməkdən imtina etməmiş, Qətər Suriyada amerika qoşunlarının olmasına görə ödəniş etməli və öz qoşunlarını ora göndərməlidir”, - deyə XİN-in yaydığı bəyanatda qeyd edilir.

Nazirin sözlərinə görə, əgər ABŞ Qətərin təhlükəsizliyini təmin etməsə, ölkədəki rejimi bir həftədən tez devriləcək.

Xatırladaq ki, ötən ilin iyunundan Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terrorizmi dəstəkləməkdə ittiham edərək onunla diplomatik əlaqələri kəsiblər.