Səudiyyənin modern vəliəhdindən qadınlarla bağlı növbəti qərar

seudiyyenin-modern-veliehdinden-qadinlarla-bagli-novbeti-qerar
Oxunma sayı: 2044

Səudiyyə Ərəbistanı gələn ildən etibarən üç böyük şəhərdə yerləşən üç stadiona qadınların da girişinə icazə verəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Riyad, Ciddə və Dammam şəhərlərində yerləşən stadionlarda keçiriləcək yarışlara qadınlar ailələri ilə birgə girə biləcəklər. 

Qeyd edək ki, Səudiyyənin vəliəhdi Məhəmməd bin Salman “mülayim islama” keçərək ölkəni modernləşdirməyə çalışır. Sentyabrda qadınlara avtomobil idarə etmək haqqı verməklə ilk addımı atmışdı.  

Yaxın zamanlarda konsertlərin və kino nümayişlərinin də təkrar başlaması gözlənilir.