Şevçenko Bakıya gəlir

sevcenko-bakiya-gelir
Oxunma sayı: 714

“Neftçi”nin yubileyi ilə bağlı silsilə tədbirlər Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qarabağ”la keçiriləcək oyunda da davam edəcək. "Qafqazinfo" xəbər verir ki, martın 30-da təşkil olunacaq görüşü müxtəlif dövrlərdə "Neftçi”nin formasını geyinmuş veteran futbolçular da izləyəcəklər.

Onlar arasında hazırda ölkəmizdə yaşayan veteran futbolçularla yanaşı, ölkə xaricindən dəvət olunmuş – 1966-cı ilin bürünc medalçısı Nikolay Boqdanov, Olimpiya çempionu İqor Ponomaryov, komandanın heyətində ən çox oyun keçirmiş futbolçulardan biri Nikolay Smolnikov, 1971-ci ildə SSRİ çempionatında 33 ən yaxşı futbolçu sırasına düşmüş Vitali Şevçenko kimi əfsanəvi simalar da var.
 
"Neftçi” – "Qarabağ” matçından öncə keçiriləcək tədbirin bədii hissəsində azarkeşlər maraqlı görüntülərə şahidlik edəcəklər.
 
Qeyd edək ki, martın 30-da baş tutacaq "Neftçi” – "Qarabağ” oyunu saat 19:30-da start götürəcək.

Klubumuzun yubileyi ilə bağlı silsilə tədbirlər Azərbaycan kubokunun yarımfinal mərhələsi.