Sevda Ələkbərzadənin möhtəşəm konserti olacaq

sevda-elekberzadenin-mohtesem-konserti-olacaq
Oxunma sayı: 667

Milli.Az xəbər portalı məlumat verir ki, bu barədə Facebook sosial şəbəkəsində müğənninin dostlarından biri, Aygün Kazımovanın keçmiş prodüseri, model Günay Musayevanın mətbuat katibi, İstanbulda yaşayan Ülvi Hadıyev (Şyaba) yazıb.

"14 dekabr 2011-ci il, çərşənbə günü "Fatih Ali Emiri Efendi Kültür Merkezi"nin səhnəsində çox sevdiyim, ifasından doya bilmədiyim Sevda Ələkbərzadənin möhtəşəm konserti olacaq. İstanbul Azərbaycan etnik folk-cazının ulduzunu qonaq kimi qəbul etməyə hazırlaşır", - Ülvi belə qeyd edib.

Yazını yayımladığımız saata qədər Sevda xanımın bizə məlum olan mobil telefonu ilə əlaqə saxlasaq da cəhdimiz boşa çıxdı. Yəqin ki, İstanbul konsertinin detalları barəsində danışmaq əməkdar artistin özü üçün də maraqlı olar.