Sevda qayınanası ilə bağlı konfrans keçirdi - “Dözə bilmirəm…”

sevda-qayinanasi-ile-bagli-konfrans-kecirdi
Oxunma sayı: 7014

Son zamanlar şəxsi həyatı ilə gündəmi zəbt edən müğənni Sevda Sanaliyeva Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. 

“Qafqazinfo” xəbər verir ki, media nümayəndələrinin suallarına cavab verən ifaçı qayınanası tərəfindən haqqında səsləndirilən ittihamlara aydınlıq gətirib:

”Bu gün yanımda olduğunuz üçün təşəkkür edirəm. Hamınızda üzr istəyirəm ki, ailə məsələmlə bağlı qarşınızdayam. Utanaraq bu haqda danışıram. Mən 4 ildir ki, susuram, qayınanamın təhqirlərinə, ittihamlarına dözürəm. Son günlər isə artıq anamı və uşaqlarımı təhqir etməyə başlayıb. Anam mənim üçün çox əzizdir. Onun ağır söyüşlərlə təhqir olunmasına dözə bilmirəm. səhhətimdə problemlər yaranıb. Kaş, mahnılarımla, kliplərimlə qarşınızda olardım.

Mən qalmaqallarla gündəmə gələn biri olmamışam. Qalmaqal görəndə qaçmışam. Həmişə ailəmi, sevdiklərimi düşünürəm. Media nümayəndələrindən xahiş edirəm ki, qarşı tərəfin ittihamlarını, yalan açıqlamalarını yayımlamayasınız. Qarşımda iki seçim var idi. Bir məhkəməyə müraciət edərək mediaya şəxsi həyatımla bağlı qadağa qoymaq, ikincisi sizinlə görüşüb özünüzdən xahiş etmək. Jurnalist Könül İbrahimə zəng etdim, məsləhət istədim. O da sizinlə görüşməyin məqsədəuyğun olduğunu dedi və sizinlə görüşmək qərarına gəldim. Inanıram ki, məsələyə həssas yanaşacaqsınız və məni başa düşəcəksiniz”.

Müğənninin vəkili Asif Abdullayev qalmaqalla bağlı hüquqi müstəvidə görüləcək işlərdən danışıb:

“Hər birimizin ailəsi var. Ailədaxili çox məsələ baş verə bilər. Lakin bu məsələ ictimailəşəndə tərəflərə ziyan verir. Sevda xanım da istəyir ki, onun şəxsi həyatı icazə vermədən ictimailəşməsin. Qanunvericilikdə də bu qanun var. Çünki sözügedən məsələdə Sevda sarsıntı keçirir, heç kim ailə məsələsinin sosial şəbəkədə müzakirə olunmağını istəməz. Sevda xanım bu məsələ ilə bağlı hüquqi addım atmayıb. Artıq hər şey öz cığırından çıxıb. Ona görə də qarşı tərəf susmasa, həqiqəti əks etdirməyən açıqlamalar versə, məhkəməyə müraciət olunacaq. Biz bir daha qarşı tərəfə xəbərdarlıq edirik ki, bu məsələ ailədaxili həll olunsun və ictimailəşməsin”.

Sevda Sanaliyeva qarşı tərəflə razılığa gələ bilmədiklərini də deyib:

“Telefonla danışmışıq, amma qarşı tərəf anlayışlı deyil. Problemlərinin nə olduğunu bilmirəm. Sadəcə istəyirlər ki, onların həyatında olmayım. Hətta nəvələrini də qəbul etmir. Həyat yoldaşımın bu məsələyə qarışdırılmasını istəmirəm. Ayrı-ayrı insanlarıq və özüm qərar verə bilirəm. Əgər mənim anamın qəbri, başdaşı, kəfəni söyülürsə, nə etməliyəm? İnandırım ki, əgər sizlərdən birinə bu hərəkət olunsa, bir dəqiqə də dayanmazsınız. 4 ildir ki, qulağım dözür. Amma hər kəsə qarşı təhqir yolverilməzdir. Onlar hətta yoldaşımın birinci evliliyindən olan övladlarını belə ona göstərmirlər.”