Sevda xeyriyyə aksiyası keçirdi

sevda-xeyriyye-aksiyasi-kecirdi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, Sevda ürəyindən xəstə olan 5 yaşlı Dursunun əməliyyat olunması üçün yardım aksiyası keçirib. Prodüser Tolikin təşkilatçılığı ilə baş tutan aksiyada Sevda yeni albomuna da təqdimat keçirib və aksiyaya qoşulanlara diskini hədiyyə edib.

5 yaşlı qızı yaşatmaq üçün təşkil olunan aksiyasında Azərbaycanın xalq artisti İlhamə Quliyeva, müğənnilərdən Elçin Hüseynov, Pərvin Lətifov iştirak edib.

Aksiyada iştirak edən insanlar imkanları çatdığı qədər şəffaf qutuya pul atıblar. Sevda və Tolikin keçrdiyi xeyriyyə aksiyasında Dursunun əməliyyat olunması üçün umumilikdə 2566 AZN və 300 ABŞ dolları pul yığılıb. Pul yerindəcə Dursunun ailəsinə təqdim olunub.

Qeyd edək ki, Ucarın Lək kəndində yaşayan Dursunun əməliyyatı üçün lazım olan məbləği Sevda Yəhyayeva son qəpiyinədək özü ödəyəcək.

Aynur B.