Sevda Zeynəb Xanlarovanın məşhur mahnısını oxudu - Fərqli ifa və klip

sevda-zeyneb-xanlarovanin-meshur-mahnisini-oxudu
Oxunma sayı: 8363

Əməkdar artist Sevda Ələkbərzadə xalq artisti Zeynəb Xanlarovanın repertuarına müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə, müğənni sözləri Mikayıl Müşfiqə, musiqisi Ələkbər Tağıyevə məxsus “Qal, sənə qurban” mahnısını ifa edib və klip çəkdirib. Mahnını yeni aranjimanda ifa edən Sevdanın klipdəki obrazının üzərində stilistlər Elnur Həsənov və Leyla İsa çalışıb.

Klipin rejissoru Fərhad Əli, mahnının aranjimançısı Ramin Əli, layihənin prodüseri isə İsmayıl Əsədovdur.