Sevdiklərinizlə daha çox danışın!

sevdiklerinizle-daha-cox-danisin
Oxunma sayı: 646

Abunəçilər iki sevimli nömrə seçərək, seçdikləri nömrə daşıyıcısı ilə 50% endirimlə danışa bilərlər. “Qafqazinfo” xəbər verir ki, bunun üçün abunəçi sevimli nömrəni *777#31#070/077 yeni nömrə#YES kodu vasitəsilə sevimli nömrələr siyahısına daxil etməlidir. Sevimli nömrəni dəyişmək üçün *777#32#cari nömrə*yeni nömrə#YES yığmaqla və ya cari nömrə*yeni nömrə yazıb, 777 qısa nömrəsinə mesaj göndərmək lazımdır.

Qeyd edək ki, xidmətin aktivləşdirilməsi və hər nömrənin dəyişdirilməsi haqqı 40 qəpikdir. Xidmətdən gündəlik istifadə haqqı 1 qəpikdir. ‘Sevimli nömrələri’ ‘Unikal’, ‘Saniyə’, ‘Ölkəm’, ‘Bumeranq’ və ‘Sevimli Şəbəkə’ tarifində aktivləşdirmək olar. Xidmət ‘Yeni Limitsiz’ və ‘CavanNar’ tariflərində mövcud olmadığından, bu tariflərə keçid zamanı ləğv olunur. Rominqdə olarkən xidmətdən istifadə mümkün deyil. 777 nömrəsinə göndərilən hər mesaj üçün cari tarif çərçivəsində müəyyən olunmuş mesaj haqqı çıxılır.

‘Sevimli nömrələrin’ xidmət siyahısı haqqında daha ətraflı məlumatı Nar Mobile internet səhifəsindən əldə edə bilərsiniz: http://narmobile.az/private/campaigns/favouritenumbers/.