Sevdiyi qızla dalaşan iranlı tələbə özünü öldürdü - Bakıda + Yenilənir

Sevdiyi qızla dalaşan iranlı tələbə özünü öldürdü
Oxunma sayı: 3441

Bakıda dəhşətli hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, hündürmərtəbəli binada bir neçə nəfər İran vətəndaşını aşağı atıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən “Qafqazinfo”ya bildirilib ki, həqiqətən də İran İslam Respublikasının vətəndaşı binadan yerə düşüb və vəfat edib.

PB-dən əlavə məlumat verilməyib.

***

APA sözügedən İran vətəndaşının intihar etdiyini bildirib. Hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ev 108, mənzil 15 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan, İran İslam Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Nəzəri Əmir Cəlil oğlu sərxoş vəziyyətdə özünü binanın 4-cü mərtəbəsindən atıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Məlumata görə, Nəzəri Əmir Azərbaycan Tibb Universitetinin tələbəsidir. O, intihar etməzdən əvvəl sevdiyi qızla dalaşıb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi