“Sevdiyim insan var, toy haqqında fikirləşmirik”

sevdiyim-insan-var-toy-haqqinda-fikirlesmirik
Oxunma sayı: 903

- Sevda bu gün sevilən müğənnidir?
- Mənim bu haqda danışmağım haradasa yaxşı çıxmaz, amma mən sevildiyimi hiss edirəm. İnsanlar mənə küçədə, yolda xoş sözlər deyirlərsə, məni məclislərinə dəvət edirlərsə, deməli, mən sevilən müğənniyəm.

- Müğənni olmasaydınız, kim olardınız?
- Mənim əlimdən başqa heç bir iş gəlmir. Mən uşaqlıqdan bunu xəyal etmişəm ki, müğənni olum.

- Səbir kasanız daşdığı an nə edirsiniz?
- Çəkilirəm bir otağa, tək oluram və hönkürtü ilə ağlayıram. Mən belə sakitləşə bilərəm ancaq.

- Sevda Yahyayevanın rəqibləri kimlərdir?
- Sevda Yahyayevanın özü. Mən öz yaşıdlarım arasında özümə rəqib tanımıram.

- Özünüzə həsr etdiyiniz mahnı var?
- Bütün mahnılarımda bir “mən” var. Bir mahnı var ki, o, tam mənə aiddir, amma onu heç vaxt açıqlamamışam, açıqlamayacam da. Qoy o həmişə mənim özümdə qalsın.

- Röya ilə daha çox dostsunuz, yoxsa həmkar?
- Birinci həmkarıq, sonra dost.

- Sizi nə vaxt ağ gəlinlikdə görəcəyik?
- (gülür) İnşallah, onu mən də bilmirəm hələ, qismət deyim. Sevdiyim insan var, çox xoşbəxtəm, hələ ki, toy haqqında fikirləşmirik.

- Sevdiyiniz insanda ən çox nəyi bəyənirsiniz?
- Mənim seçimim odur, onda olan hər bir şey önəm daşıyır mənimçün. Çox müasir, yumor hissi olan, məni başa düşən, məni hər kəsdən çox istəyən, ağıllı biridir sevdiyim insan.

- Son zamanlar qalmaqallarda adınız heç hallanmır, sizlə qalmaqal etmək istəmirlər, yoxsa siz uzaqsınız bütün bunlardan?
- Qalmaqal, söz-söhbət mənim təbiətimə məxsus deyil deyə qaçıram mən onlardan. Məni qalmaqala salmaq istəyən həmkarlarım olub, çox olub, amma mən ona yol verməmişəm.

- Məşhurlaşmaq üçün nə vaxtsa "şou" etmisiniz?
- Mən məşhurlaşmaq üçün işimi, sənətimi göstərmişəm, gündəmə gəlmək üçün ucuz yollardan istifadə etməmişəm. Mən dırnaqarası şou yox, əsl şou göstərmişəm, konsertlərimdə və mahnılarımda.