“Sevə-sevə ayrıldıq”

seve-seve-ayrildiq
Oxunma sayı: 1697


“Qafqazinfo”ya açıqlamasında müğənni bildirib ki, media və sənət yoldaşlarını başına yığıb yeni işini təqdim edəcək:

“Sevə-sevə ayrıldıq” mahnısına klip çəkdirmişəm. Mahnının sözləri və musiqisi özümə məxsusdur. Klipin rejissoru Emil Mahmudovdur. Tərəf müqabilim “Xəzər” telekanalında yayımlanan “Sindrom” serialının baş rol ifaçısı Səbinə Məmmədzadədir. Ekran işini sentyabrın 18-i media nümayəndələrini başıma yığıb təqdim edəcəm. Onların fikri, iradı, məsləhəti mənim üçün çox vacibdir. Sənət dostlarım da mənə dəstək olmaq üçün gələcəklər. Ümid edirəm ki, ilk klipim tamaşaçıların ürəyincə olacaq”.