Sevgili olduqları bu fotolarla təsdiqləndi

sevgili-olduqlari-bu-fotolarla-tesdiqlendi
Oxunma sayı: 2051

Hollivud ulduzu Skarlett Yoxanssonnun yeni sevgilisinin kimliyi məlum olub. “Qafqazinfo” The Sun qəzetinə istinadən xəbər verir ki, 32 yaşlı aktrisa həmkarı Kolin Yost ilə eşq yaşamağa başlayıb. 

Yoxansson 35 yaşlı aktyorla küçədə öpüşərkən kameralar tərəfindən lentə alınıb. Onlar paparassiləri gördükdən sonra ərazidən uzaqlaşmağa çalışıblar. 

Həmin görüntülər Amerika mətbuatının gündəmini zəbt edib. Bir neçə dəfə hər iki ulduzun sevgili olmağı barədə şayiələr yayılsa da, onlar bunu dəfələrlə inkar ediblər.  Lakin, mətbuatda dərc edilən fotolar cütlüyün eşq yaşadığını təsdiqləyib.