Sevgili olduqlarını belə elan etdilər

sevgili-olduqlarini-bele-elan-etdiler
Oxunma sayı: 2515

Alişanla Buse Varolun sevgili olduqları təsdiqlənib. “Qafqazinfo” xəbər verir ki, cütlük sosial şəbəkədə eşq yaşadıqlarını elan ediblər. 

Aktrisa rəsmi instaqram səhifəsində fotosunu yayımlayıb və “Külək əsdi üstümə, səni vurdu üzümə” şərhini yazıb. Onun bu paylaşımına müğənni “ürək” işarəsi qoyub. 

Xatırladaq ki, bir neçə gündür ki, mətbuatda onların sevgili olması barədə xəbərlər dərc edilir. 

Qeyd edək ki, Alişanla Buse “Dostlar mahellesi” serialında rol alırlar.