“Sevgililər günü” sevgililər qəzaya düşdü

sevgililer-gunu-sevgililer-qezaya-dusdu
Oxunma sayı: 1859


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Şəki-Qax-Göynük yolunda sürücü 1993-cü il təvəllüdlü Abdullayev Allahverdi Xalid oğlu idarə etdiyi 50-CH-858 dövlət nömrə nişanlı VAZ-21015 markalı avtomobildə idaretməni itirərək yoldan çıxıb və çuxura düşüb. 

Qəza zamanı sürücü ilə yanaşı, avtomobildə olan 1996-cı il təvəllüdlü nişanlısı Səmədova Arzu Murad qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar dərhal Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hal-hazırda Səmədova Arzu Murad qızının vəziyyətinin kafi olduğu bildirilib. 

Faktla əlaqədar Şəki şəhər rayon polis şöbəsində araşdırmalar aparılır.