Sevgililər Günündə 80 qadınla yemək yeyəcək

Sevgililər Günündə 80 qadınla yemək yeyəcək
Oxunma sayı: 1321

Məşhur türkiyəli aktyor Burak Özçivit Sevgililər Günündə 80 qadınla birlikdə yemək yeyəcəyini söyləyib. 

“Qafqazinfo” xəbər verir ki, ötən gün qatıldığı mükafatlandırma gecəsində ilin ən yaxşı film kişi aktyoru seçilən Özçivit jurnalistlərin suallarını cavablandırıb. 6 aylıq hamilə olan həyat yoldaşı Fahriye Evcenlə uşaqlarının doğulmasını səbirsizliklə gözlədiklərini deyən aktyor həyəcanlı olduğunu da gizlətməyib: “İkimiz də çox həyəcanlıyıq. Bu müddət ərzində Fahriyenin istədiyi hər şeyi etməyə çalışıram”. 

Daha sonra Sevgililər Günündə Küveytdə olacağını bildirən B. Özçivit bir layihə əsasında 80 qadınla yemək yeyəcəyini bildirib: 

“Fahriye o gün mənimlə olmayacaq, tək gedəcəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi