Sevgililər Gününün ən romantik 5 ünvanı

Sevgililər Gününün ən romantik 5 ünvanı
Oxunma sayı: 2027

14 Fevral Sevgililər Gününə çox az qalıb.  Hətta cütlüklər indidən planlar belə qurmağa başlayıblar. Bu xüsusi günü unudulmaz və yaddaqalan keçirməyiniz üçün “Qafqazinfo” xarici KİV-ə istinadən sevgilinizlə səfər edəcəyiniz ən maraqlı yerləri seçib sizlərə təqdim edir.

1. Laplandiya, Finlandiya

Lapland qış aylarındakı atmosferinə  görə ən romantik anlar yaşaya biləcəyiniz bir şəhərdir. Bu şəhər əmin-amanlığı və sükunəti ilə daima insanlarda təəccüb doğurur.  Elə bu aylarda hər tərəfini qar bürümüş Laplandda qarla bağlı bir çox əyləncəli  fəaliyyətlər tapa bilərsiniz. Qar motorları ilə buz və qar lopalarının üzərinə çıxaraq əyləncəli vaxt keçirib, maraqlı kadrlar tuta bilərsiniz. Həmçinin, fərqli yerləri görmək və araşdırmaq istəsəniz Laplandə  qonşu olan Norveç, Rusiya və İsveç kimi ölkələrə səfər etmək də yaxşı seçim ola bilər.

2. Kapadokya, Türkiyə

14 Fevralda çox uzağa yox qonşu ölkəyə getmək istəyirsinizsə Kapadokya əla seçim ola bilər. Hava şarına minə, günbatımını izləyə bilərsiniz.  “Ürgüp”, “Göreme”, “Avanos” bölgələrini də ziyarət etmək heç də pis fikir deyil.

3. Phukent, Tayland

Soyuqdan xoşunuz gəlmirsə və yazın tez gəlməsini istəyirsinizsə, qışın tam ortasında yaz aylarını yaşamağınız mümkündür. İlin hər fəsili yaz olan Tayland möhtəşəm təbiəti, ecazkar mənzərələri ilə tam da sizin üçündür. Taylandın Phuket bölgəsində 14 Fevralda dənizkənarı səyahət etməyiniz əla seçim ola bilər. Dadlı mətbəxi, əvəzolunmaz təbiəti və dənizi ilə sevgililər gününüzü  unudulmaz edə bilərsiniz.

4. Venesiya, İtaliya

İtaliyanın ən romantik şəhəri olan və “Sevgi şəhəri” kimi tanınan Venesiyada tarixi abidələri, kanalları, körpüləri, dar küçələri ilə sevgilinizlə unudulmaz anlar yaşaya bilərsiniz. Fürsət tapıb  Venesiya yaxınlığında Trieste, Verona, Bologna və Ravenna şəhərlərini ziyarət edə və maraqlı macəraların iştirakçısı ola bilərsiniz.

5. Abant, Türkiyə

Yenə çox uzağa getmək istəməzsəniz qış aylarında sahib olduğu möhtəşəm mənzərələri ilə romantik anlar yaşaya biləcəyiniz yer olaraq Abantı seçə bilərsiniz. Qarın yağması ilə şəhər füsunkar bir mənzərəyə bürünür. Şəhər İstanbula yaxın olduğu üçün, ora da  baş çəkmək pis fikir deyil.

Ülviyyə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi