“Sevgilimlə tətil üçün bankdan kredit götürdüm…”

sevgilimle-tetil-ucun-bankdan-kredit-goturdum
Oxunma sayı: 3066

Türkiyənin məşhur komediya aktyoru Eser Yenenler 5 aydır ki, qurduğu “TBT” adlı səhnəciyində başına gələn maraqlı bir hadisədən bəhs edib. “Qafqazinfo” xəbər verir ki, o, sevgilisi ilə istirahətə getmək üçün bankdan kreditə pul götürdüyünü bildirib:

“Bir qızla görüşürdüm. Onu elit ailənin qızı hesab etmək olardı. Mənə tətilə Bali adalarına getmək istədiyini söylədi. Baxdım ki, otellər çox bahalıdır. Pulum da çatmırdı. Qızla ora getməyim vacib idi. Sonda banka getdim, kreditə pul götürdüm”. 

Eserin bəhs etdiyi xanımın Dila Tarkan olduğu məlum olub.