Sevgilisindən ayrılan Məryəm hamilədir - - Foto

sevgilisinden-ayrilan-meryem-hamiledir-
Oxunma sayı: 3836


“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət öncə “tükənmişlik sindromu” diaqnozu ilə Türkiyəni tərk edib vətəni Almaniyaya qayıdan Məryəm Uzerli 4 aylıq hamilədir. Bu barədə köşə yazarı Ayşə Arman bildirib.

Arman Məryəmlə görüşərək onun Türkiyədə keçirdiyi 3 ili, “Möhtəşəm Yüzil”i, başına gələn hər şeyi öyrənib. 

“İnanılmaz şeylər öyrəndim. O, bizim zənn etdiyimizdən də çox ağır şeylər yaşayıb. Şok içində qaldım. Amma ən əsası, Məryəm hamilədir! Körpəsi təxminən 4 aylıqdır. Saçlarını qısa kəsdirib. Həm xoşbəxt, həm də kədərlidir. Güclü olmağa çalışır. Məryəm “subay ana” olmağa hazırlaşır”.

Qeyd edək ki, Məryəm biznesmen sevgilisi Can Atəşdən 3 həftə öncə ayrılıb. Can Atəş bir neçə gün bundan öncə yeni sevgilisi ilə Kandillidə bir restoranda görüntülənib.