Sevgilisini lüt soyundurub işgəncə verən kişi həbs edildi

Sevgilisini lüt soyundurub işgəncə verən kişi həbs edildi
Oxunma sayı: 3116

Qeyri-rəsmi yaşadığı xanımı Aida Tomarxanovaya qarşı zorakılıq nümayiş etdirən, ona ayağından xəsarət yetirən Ceyhun Mehrəliyev haqqında həbs-qətimkan tədbiri seçilib.
 
“Qafqazinfo” xəbər verir ki, bu haqda “BakuPost.az”a "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, C.Mehrəliyev hakim İlyas Mahmudovun sədrliyi ilə keçirilən proses zamanı məhkəmə zalında həbs olunub. Məhkəmə gələn həftənin çərşənbə gününə kimi ertələnib.

Məlumat üçün bildirək ki, Ceyhun Mehrəliyev qeyri-rəsmi nikahda olduğu, 3 yaşlı qızı Dənizin anası Aida Tomarxanovaya amansız işgəncələr verib.

İşgəncələrə məruz qalan qadın ərinin əlindən çətinliklə qurtulub: "Məni lüt soyunmağa məcbur etdi. Sonra döydü, bıçaqla xəsarətlər yetirdi. Başı qarışan kimi qaçdım. Ayağımdan qan axdığından sürünürdüm. Bu vəziyyətdə yola qədər gedə bildim. Bəlkə də Allah ölməyimə imkan vermədi, yolda qarşıma bir nəfər çıxdı. Həmin adam öz paltarını mənə verdi, mənim polisə gəlməyimə kömək elədi. Polislər məni xəstəxanaya apardılar, bir müddət müalicə olundum. Yenidən sığınacağa gəldim. Yara izlərini ekspertiza etdilər, az ağır xəsarət aldığımı deyirlər. Fevraldan bəri sığınacaqdan bayıra çıxa bilmirdim, məni öldürəcəyindən qorxuram. İndi də sığınacaqda çalışanları təhdid edir. Sosial şəbəkədə şəkillərimi paylaşıb, "fahişəni tanıyın” yazıb. Sonra da barışmaq üçün adamlar göndərir. O, heç kimdən qorxmur”. 

Onu da deyək ki, keçmiş ər dəfələrlə Aida Tomarxanovanı və təşkilatın rəhbəri, hüquq müdafiəçisi Mehriban Zeynalovanı açıq-aşkar təhdid edib.

C.Mehrəliyevə Cinayət Məcəlləsinin 127.2.2. (xüsusi amansızlıqla, zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) cinayət işi açılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi