Sevgilisinin başqasıyla fotoları yayıldı

sevgilisinin-basqasiyla-fotolari-yayildi
Oxunma sayı: 2484

“Kiralık aşk” serialı ilə ulduzu parlayan Elçin Sangunun uzun müddətdir eşq yaşadığı Yunus Özdikenin bir xanımla fotoları yayılıb.

“Qafqazinfo” xəbər verir ki, o, Beril adlı şəxslə səmimi şəkildə görüntülənib. Y. Özdikenin aktrisa sevgilisinə xəyanət etdiyi iddia edilib. 

Yayılan şayiələrə son qoymaq istəyən Özdiken Türkiyə KİV-nə açıqlama verib.  O, həmin şəxsin Elçinin meneceri olduğunu söyləyib:

“Həm mənim, həm də Elçinin meneceridir. Bu nə xəbərdir? Yalandır”.