Sevgilisinin öpüşdüyü səhnəni izləmək istəmədi və ...

Sevgilisinin öpüşdüyü səhnəni izləmək istəmədi və ...
Oxunma sayı: 2746

Türkiyəli aktrisa Elçin Sanqunun baş rolunda çəkildiyi “Mutluluk zamanı” filminin qala gecəsi keçirilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirdə aktrisanın sevgilisi Yunus Özdiken də iştirak edib.

Filmdə E.Sanqunun baş rolda birlikdə oynadığı Barış Arduçla öpüşmə səhnəsi zamanı Y.Özdiken zalı tərk edib. Səhnə bitdikdən sonra isə zala qayıdaraq yerinə oturub.

Bu barədə açıqlama verən Y.Özdiken deyib ki, sevgilisinə hörmət edir və ona çox güvənir:

“Nə qədər yaxşı təhsil alsanız və ya böyüdülsəniz də, bu torpaqlarda müəyyən bir baxış tərzi ilə böyüdülürsünüz. Mənim şəxsi seçimim belə səhnələri izləməməkdir. Amma bu, görülən işə əsəbiləşdiyim və ya şübhələndiyim mənasına gəlmir. Sadəcə izləməkdən xoşum gəlmir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi