Sevil Massivindən bağlanma xəbəri ilə bağlı- - Cavab

sevil-massivinden-baglanma-xeberi-ile-bagli-
Oxunma sayı: 1930


Sevil Massivindən "Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, hazırda Sevil Massivində Vergilər Nazirliyi tərəfindən yoxlamalar getdiyi üçün ofisdə və massivdə işlər bir müddətlik dayandırılıb:

"Qeyd etdiyimiz yoxlama bizim xeyrimizədir, düzgünlüyümüzün və şəffavlığımızın sübutudur. Sənədlərimizin yoxlamadan keçməsi zaman alır və bu zaman ərzində heç bir əsası olmadan yazılan xəbərlər yayan saytlar öz xeyirlərinə əhalinin təşvişə düşməsindən sanki razı qalan insanlardır. Tezliklə ofisimiz fəaliyyət göstərəcək və müştərilər əvvəlki kimi ödənişlərini edə biləcəklər. Əhalinin təşvişə düşməsi üçün heç bir səbəb yoxdur. Məlumat üçün bildiririk ki, Aynur Zeynalov Respublikadadır, yazılan xəbərlər tamamilə yalnışdır. Menecer, mühasib və ya hər hansı bir işçimizin tutulması xəbərinin heç bir əsası yoxdur, ofisdə iş başlandıqdan sonra hər kəs əvvəlki kimi işinin başında olacaqdır. Və sonda əhalini bu cür narahat edən xəbərlərə qarşılıq olaraq Sevil Massivi MTK olaraq ofisimizin yaxın müddətdə fəaliyyət göstərəcəyini bir daha təsdiq edirik".