“Sevilya” Bakıdadır - Video

sevilya-bakidadir
Oxunma sayı: 2469

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda "Qarabağ"la qarşılaşacaq "Sevilya" artıq Bakıdadır.

"Qafqazinfo" xəbər verir ki, ötən gün paytaxtımıza gələn İspaniya təmsilçisi sabah oyunöncəsi ilk məşqinə çıxacaq.

Qeyd edək ki, sentyabrın 19-da keçiriləcək “Qarabağ” – “Sevilya” matçına saat 20:55-də start veriləcək.