Sevinc Babayeva ilə bağlı şok faktlar

sevinc-babayeva-ile-bagli-sok-faktlar
Oxunma sayı: 1490

Türkiyə mediası Sevinc Babayevanın ölümü ilə bağlı yeni məlumatlar yayıb. “Qafqazinfo” həmin məlumatda yeni olan faktları təqdim edir.

İki ay əvvəl Türkiyədə ev kirayəyə tutub

Xəbərdə qeyd olunur ki, araşdırmaya başlayan polis Sevinc Babayevanın həyatı ilə bağlı maraqlı faktlar əldə edib. Sevinc Babayeva 2 ay əvvəl Kıraçta bir ev kirayələyib. Dekabrın 26-da anidən vəziyyəti pisləşən Sevinci binanın mühafizəçiləri xəstəxanaya aparıblar. Həkimlərin bütün səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Gənc qadının ölümü isə polis bölmələrində “şübhəli” olaraq qeydə alınıb.

İki pasport saxta kimlik

Sevinc Babayevanın üzərində 2 müxtəlif pasport və Məryəm Solmaz adlı saxta kimlik olub. Daha sonra qeyd olunur ki, Sevinc Babayeva Bakıda kitabxana müdiri işləyib və Azərbaycanda bir müddətdir müzakirəyə səbəb olan parlament seçkiləri üçün namizədlərdən yığılan rüşvət bazarlığında vasitəçi olub.

Azərbaycandan nazirlik əməkdaşları Türkiyəyə ezam olunub

Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyəyə ezam olunublar. Daha öncə də ürəyi ilə bağlı müalicə aldığı deyilən Sevinc Babayevanın məhz elə ürək çatışmazlığından öldüyü deyilir.

Bu gün ölkəsinə aparılacaq

Həmçinin xəbərdə qeyd olunur ki, 40 yaşlı Sevinc Babayevanın oğlu Ayxan Məmmədov xəbəri eşidən kimi İstanbula gedib və bu gün Babayevanın cənazəsi Azərbaycana aparılacaq.