Sevinc Babayevanın ekspertiza rəyi ilə bağlı - Rəsmi açıqlama

sevinc-babayevanin-ekspertiza-reyi-ile-bagli-resmi-aciqlama
Oxunma sayı: 641

Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, S.Babayevanın “Medicana International İstanbul Hospital” xəstəxanasında ölməsi faktı üzrə İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilmiş məhkəmə-tibb ekspertizası başa çatmış və ekspertizanın rəyi İstanbul Böyükçəkməcə Cümhuriyyət Baş Prokurorluğu tərəfindən nümayəndəmizə təqdim edilib.

Ekspertiza təhqiqatları nəticəsində S.Babayevanın bədən səthi üzərində travmadan yaranan hər hansı bir xəsarətlərin aşkarlanmadığı, daxili müayinə zamanı götürülən toxuma nümunələrində toksiki maddələrin müəyyən olunmadığı üçün onun zəhərlənərək ölməsinin tibbi dəlillərlə təsdiq olunmadığı və ürək-damar xəstəliyindən ölməsi müəyyən olunub. Bu barədə İstanbul Büyükçekmece Baş Prokururu Fuad Arın tərəfindən “Olaylar” İnformasiya agentliyinə müvafiq açıqlama verilib.

Nümayəndəmiz ezamiyyətdən qayıtdıqdan sonra zərurət yaranarsa ictimaiyyətə əlavə məlumat veriləcək.