Sevinc Babayevanın oğlu Ali Məhkəməyə müraciət etdi

Sevinc Babayevanın oğlu Ali Məhkəməyə müraciət etdi
Oxunma sayı: 1505

"Gülər Əhmədova olayı" ilə tanınan Sevinc Babayevanın oğlu, arvadını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədov Ali Məhkəməyə müraciət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Məmmədov 2016-cı ilin fevralın 4-də Binəqədi qəsəbəsində yaşadığı evdə arvadı Günay Məmmədovanı bədənin bir neçə nahiyəsindən, baş, sinə və kürək nahiyəsindən bıçaqlamaqda təqsirləndirlib. Məlumata görə, xəstəxanaya yerləşdirilən G.Məmmədovanın həyatını xilas etmək mümkün olub.

A.Məmmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 15 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən verdiyi apellyasiya şikayəti təmin edilmədiyi üçün bu qərardan kassasiya şikayəti verib. İşə martın 6-da Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq.

S.Babayeva Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi təqdim olunub. O, "İnterpol" xəttiylə axtarışa verilib. Axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki klinikalardan birində ürək xəstəliyindən vəfat edib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi