Sevinc Babayevanın oğlu həbs oluna bilər

sevinc-babayevanin-oglu-hebs-oluna-biler
Oxunma sayı: 634

Bu barədə musavat.com-un əməkdaşına Ayxan Məmmədov özü məlumat verib. O, deyib ki, Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşları onun yaşadığı evə gələrək, bölməyə dəvət ediblər. Ayxan Məmmədov evdə olmadığı üçün, polislərlə bir yerdə bölməyə gedə bilməyib. Lakin ona deyiblər ki, onu evdə cinayət axtarış şöbəsinin müstəntiqi Samir Məhərrəmov gözləyir. Ayxan Məmmədova telefonla məlumat verilib ki, bu gəlişin səbəbi onun Gülər Əhmədovaya yazdığı təhdid mesajıdır.

İddiaya görə, A. Məmmədov Gülər Əhmədovaya onu öldürəcəyi barədə sms yollayıb. Lakin A. Məmmədov deyib ki, o, belə bir mesaj yazmayıb: “O mənim həyatımı bir dəfə məhv edib, daha bir dəfə məhv etməsi üçün əsas yaratmazdım...”

Müstəntiq Samir Məhərrəmov isə təsdiq edib ki, onun Ayxan Məmmədovun evinə getməsi sabiq deputat Gülər Əhmədovaya yazdığı təhdid mesajı ilə bağlıdır. Lakin ona şifahi xəbərdarlıq olunub. Müstəntiq suallara cavab verməkdən imtina etsə də, bildirib ki, məsələ ilə bağlı Gülər Əhmədovadan polisə heç bir şikayət daxil olmayıb.

Ayxan Məmmədov onu da deyib ki, polis idarəsinə gedəcək və izahat verəcək.