Sevinc Babayevanın oğlu Türkiyəyə getmək istəyir

sevinc-babayevanin-oglu-turkiyeye-getmek-isteyir
Oxunma sayı: 646

O, SalamNews-a bildirib ki, hələ dekabrın 26-da mənə ölkədən çıxmaq qadağan olunmuşdu. Ancaq S.Babayeva dünyasını dəyişdikdən sonra bu qadağa ləğv olundu: "Ola bilər ki, hazırda mənim ölkədən çıxışım yenə də qadağandır, ancaq mənim bundan xəbərim yoxdur. Anamın ölüm şəhadətnaməsini almaq üçün yenidən Türkiyəyə getməliyəm. Bu günə kimi mən heç bir təsdiqləyici sənəd təqdim olunmayıb, heç kim istintaqın gedişatı barədə məlumat verməyib. Türkiyədə anamın ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün tibbi ekspertizanın nəticələri barədə məlumat əldə edəcəyimə söz veriblər. Əgər onun qətlə yetirildiyi aydınlaşarsa, Türkiyədə istintaq davam etdiriləcək”

A.Məmmədov söyləyib ki, əgər istintaq prossesi onu qane etməzsə, o, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcək.

Xatırladaq ki, sabiq deputat Gülər Əhmədovanın rəfiqəsi, Elşad Abdullayevin yaydığı “rüşvət videosu”nda adı hallanan, Sabir adına kitabxanın direktoru S.Babayeva 2012-ci il dekabrın 26-da ürək çatışmalığı diaqnozu ilə Məryəm Solmaz adı altında Esenyurt Dövlət Xəstəxanasına yerləşdirilib. Həkimlər xəstənin həyatını xilas edə bilməyiblər. Dekabrın 29-da onun cəsədi Azərbaycana gətirilib. Azərbaycan istintaq qrupu dərhal Türkiyəyə gedib. Hazırda qadının ölüm faktı ilə bağlı orada istintaq aparılır.