Sevinc dolu Cümə günü

sevinc-dolu-cume-gunu
Oxunma sayı: 653

Bu dəfə Bakcell abunəçiləri ürəkləri istədikləri qədər danışacaqlar. Sadiqliklərinə görə öz müştərilərinə təşəkkür etmək üçün Bakcell Bir Günlük Xüsusi Təklif elan edib. Bu təklif abunəçilərə gərgin Cümə günü ərzində pul barədə fikirləşmədən zəng etmək imkanını yaradacaq. Bir Günlük Xüsusi Təklif çərçivəsində Bakcell abunəçiləri şəbəkədaxili zəngin hər çıxış dəqiqəsinə görə 2 pulsuz dəqiqə əldə edəcəklər. Bundan əlavə, zəngin bir dəqiqəsi yalnız 0.03 manata başa gələcək və şəbəkədaxili zənglər üçün 2 pulsuz dəqiqə hədiyyə ediləcək.
Bakcell-in bütün CİN, Klass və Gold individual abunəçiləri bu fürsətdən yararlana biləcəklər. Müştərilər sadəcə zəng etdikləri Bakcell nömrəsinin qarşısında *055 yığıb ürəkləri istədiyi qədər danışacaqlar. Bir Günlük Xüsusi Təklif yalnız şəbəkədaxili zənglər üçün nəzərdə tutulub. Pulsuz dəqiqələr yalnız cari zəng daxilində istifadə oluna bilər və digər zəngə köçürülə bilməz.
Nigar Məmmədli