Sevinc Telmanqızının Amerika səfəri - Video

sevinc-telmanqizinin-amerika-seferi
Oxunma sayı: 677

“Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı bu ilin fevral ayında gerçəkləşdirdiyi və 10 gün davam edən Amerika səfərini filmə çevirib. 

Jurnalistin ABŞ-ın Nyu York şəhərindən başlanan, daha sonra isə Vaşinqton, Çikaqo və San Fransiskoya qədər davam səfəri zamanı hazırladığı video reportaj və video müsahibələrin toplusundan ibarət film bu gündən etibarən internetdə yayımlanmağa başlayıb. Filmin müəllifliyi Sevinc Telmanqızıdır, filmin montajı isə minval.az saytının redaktoru İlkin Zəfərliyə məxsusdur.

Filmdə S. Telmanqızının 10 günlük səfərinin özəti, Amerikanın bir-birindən gözəl dörd şəhəri və orada yaşayan azərbaycanlıların müsahibələri, eləcə də həmin tarixlərdə Amerikanın müxtəlif şəhərlərində Xocalı faciəsinin ildönümü ilə bağlı həmyerlilərimizin keçirdiyi aksiyalar yer alıb.