“Sevinci biz öldürməmişik” - Gülər Əhmədovanın əri

sevinci-biz-oldurmemisik-guler-ehmedovanin-eri
Oxunma sayı: 651

Bununla bağlı bəzi media orqanlarında Sevinc Babayevanın ölümünə görə Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovun da dindirildiyi barədə xəbərlər yayıb. Moderator.az-a açıqlamasında isə sabiq deputatın həyat yoldaşı Fikrət Əhmədov barəsində yazılanları təkzib edib. O bildirib ki, bu işlə bağlı heç bir istintaq orqanında ifadə verməyib: “Mən heç bir istintaqa da getməmişəm. Sevinc Babayeva Türkiyədə ölüb, həmin vaxt biz burada olmuşuq. Burada olan bizik, ölən də Türkiyədə. Buradakı adam Türkiyədə olanı necə öldürə bilər? Boş-boş, məntiqsiz sözlərdir. Sevinc Babayeva 5 xəstəxana gəzib. Necə ola bilər ki, 5 xəstəxananın heç birində həkimlərin ağlı kəsmədi ki, o zəhərlənib? Niyə onu toksikologiya xəstəxanasına yerləşdirmədilər? Yayda zəhərlənən adam qışda necə ölə bilər? O hərtərəfli müayinədən keçib. Amma ona heç bir yerdə zəhərlənmə diaqnozu qoyulmayıb”.

Fikrət Əhmədovun sözlərinə görə, Sevinc Babayevanın ailə üzvləri də etiraf edib ki, mərhumun ürəyində problemləri olub. "Gündə bir söz deyirlər. Durub deyə bilərlər ki, onu balta ilə öldürüblər, yaxud pəncərədən atıblar. Hər halda istintaq gedir, istintaq nəticəni özü müəyyən edəcək. Bu gün təəssüf ki, bəzi media orqanları istintaq prosesini həyata keçirməyə çalışırlar. Əgər istintaqı qəzetlər aparırsa, onda prokurorluq nəyə lazımdır”.