“Şəxsən mən Rəşada imkan vermərəm...” - Prosineçki

“Şəxsən mən Rəşada imkan vermərəm...”
Oxunma sayı: 1716

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Çexiyanı qəbul edəcək Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, xorvat mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Sabah seçmə mərhələdə son ev oyununa çıxacağıq. Çexiya millisi son oyunlarda uğursuz çıxış etsə də, güclü rəqibdir. Bizi çətin oyun gözləyir. Onların oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı nəticə qazana biləcəyik.

- Sabah penalti olsa, bu zərbəni Rəşad Sadıqovun vurması üçün şərait yaradacaqsız?

- Artıq 3 ildir Azərbaycandayam. Mən gələndən Rəşad millinin kapitanıdır. Məhz mənim rəhbərliyim altında 100-cü oyununu keçirib. Millinin əsas üzvlərindən biri olub. Əgər sabah penalti olsa, şəxsən mən imkan vermərəm vursun. Niyə? Çünki birdən vura bilməsə necə olacaq?

Bu vaxt Rəşad Sadıqov Prosineçkinin sözlərinə əlavə olaraq “Məncə, bu, düzgün deyil. Bu zərbələri kim yaxşı yerinə yetirirsə, o da vurmalıdır.  Məşqçi olsam da, bu qərarı verərdim” deyib.

- Bu oyuna köklənmə ilə bağlı problem yoxdur ki?

- Sabah son ev oyunumuzu keçirəcəyik. Buna görə, motivasiya ilə bağlı heç bir problemimiz yoxdur.

- Rəşad Sadıqovun əsas əvəzləyicisi kimi hansı oyunçunu görürsünüz?

- Futbolçu həyatı elədir ki, çox qısa çəkir. Rəşadın da dediyi kimi hər şeyin sonu var. Əsas odur, nə vaxt getməli olduğunu biləsən. Rəşad Azərbaycan futbolunun görkəmli simalarından biridir. O ki qaldı onu kimin əvəz etməsinə, indi bu barədə danışmaq istəmirəm. Çünki sabahkı matça köklənmişəm.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi