Şəxsi təyyarə qəzaya düşüb, beş nəfər ölüb

sexsi-teyyare-qezaya-dusub-bes-nefer-olub
Oxunma sayı: 873

Hondurasa aid Roatan adasında şəxsi təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, qəza nəticəsində pilot da daxil olmaqla azı beş nəfər ölüb.

Ölənlərdən dördü ABŞ vətəndaşı olub, digərinin vətəndaşlığı ilə bağlı isə məlumat yoxdur. 

Təyyarə uçuşdan az sonra dənizə düşüb. Qəzanın səbəbi bəlli deyil.