Şəxsiyyət vəsiqəsi ilə gəlməyən abituriyentlər sınaq imtahana buraxılmadı

sexsiyyet-vesiqesi-ile-gelmeyen-abituriyentler-sinaq-imtahana-buraxilmadi
Oxunma sayı: 647

TQDK-dan “Qafqazinfo”ya verilən məlumata görə, imtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə saxlanmışdır. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilmiş, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb.

Edilmiş elan və xəbərdarlıqlara baxmayaraq, bəzi abituriyentlər sınaq imtahanına özlərinə aid olmayan şəxsiyyət vəsiqəsi ilə yazılıb. İmtahan binalarına buraxılış rejimində belə hallar aşkar edilmiş və həmin abituriyentlər imtahana buraxılmayıblar.
Hazırda sınaq imtahanında iştirak etmiş abituriyentlərin cavab kartlarının emalı aparılır.
Yaxın günlərdə nəticələrin Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” (Azercell nömrələrindən), “Cavab” (Bakcell nömrələrindən) və “Imtahan-info” (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə biləcəklər.