Şəxsiyyət vəsiqəsinin alınmasına görə dövlət rüsumu artırılır

sexsiyyet-vesiqesinin-alinmasina-gore-dovlet-rusumu-artirilir
Oxunma sayı: 789

Trend-in məlumatına görə, parlamentin keçirilən iclasının gündəliyinə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik salınıb. Dəyişikliyə əsasən, Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə rüsumlar müəyyənləşdirilib.

Şəxsiyyət vəsiqəsi üç iş günü müddətində verildikdə, 10 manat rüsum ödənilir.

Qanuna edilmiş digər dəyişiklliyə əsasən, 16 yaşına çatmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilərkən, dövlət rüsumundan azad olunurlar.

Dövlət rüsumundan azad olunanlar sırasına qaçqınlar, məcburi köçkünlər, həmçinin Azərbaycanda daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər və Azərbaycan vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlılar da daxildir.

Hazırda qüvvədə olan qanuna görə, şəxsiyyət vəsiqəsi üç iş günü müddətində verildikdə 5, üç iş günündən sonrakı müddətdə verildikdə 1 manat dövlət rüsumu alınır.