Səyahət gəmisi yandı

seyahet-gemisi-yandi
Oxunma sayı: 643

Filippin sahillərində Azamara Quest səyahət gəmisinin göyərtəsində yanğın olub. Yanğın ekipaj üzvləri tərəfindən söndürülsə də, gəminin mühərriki sıradan çıxıb. Bir ekipaj üzvünün isə xəsarət aldığı bildirilir. Gəminin göyərtəsində minədək sərnişinin olduğu, onlardan xəsarət alanların olmadığı xəbər verilir. Filippinin sahil mühafizə xidməti paytaxt Maniladan cənubda öz istiqamətindən çıxan laynerə dərhal köməklik göstərmək üçün xilasetmə əməliyyatı keçirib. Yanğının səbəbi araşdırılır.

anspress